• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2078
— 29.01.2016 16:13

Hepatitə qarşı Gəncədə qabaqlayıcı tədbirlər görülür

Bu gün dünyada olduğu kimi, Azərbaycanda da hepatit B və C viruslarına daha çox rast gəlinir. Hər iki virusun səbəb olduğu xəstəlik qaraciyərdə problem yaradır ki, buna qarşı da Gəncədə qabaqlayıcı tədbirlər görülür. Hepatit B və C viruslarının ağırlaşması nəticəsində yaranan qaraciyər serrozu və qaraciyər xərçəngi geniş yayılıb. Yetərli qədər sterilizasiya olunmayan alətlər vasitəsilə keçən hepatit adətən, narkotik vasitə istifadəçilərində, qorunmamış cinsi əlaqələr nəticəsində yaranır. Həmçinin bu virusu daşıyan donorun qanı vasitəsilə də insana ötürülür. Həkimlər bildirir ki, bu xəstəliklərin müalicəsi var. Әgər vaxtında müayinə və müalicə olunarsa.

Almaz Tomiyeva -Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri: "Hepatit B demək olar ki, bu son 5-10 illikdə yox olacaq. Bunu biz apardığımız profilaktik tədbirlər əsasında aşkar etmişik. Bilirsiz ki, bütün xəstəliklərdə profilaktik tədbirlər görürük. Biz hepatit B əleyhinə vaksinasiya aparırıq. Yəni yeni doğulmuş uşaqdan 6 aylıq uşağa qədər biz bu dozları veririk. 3 doza 1 uşağı 15 il bu xəstəlikdən qoruyur".

Vəfa Şairova