• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4183
— 29.01.2016 16:12

Milli Məclisin sədr müavini Valeh Ələsgərov Samuxda ictimaiyyət nümayəndələri və sahibkarlarla görüş keçirib

Samux Rayon İcra Hakimiyyətinin inzibati binasında təşkil edilən görüşdə çıxış edən millət vəkili bildirib ki, ölkə başçısının tapşırıqlarına müvafiq islahatlar keçirilir və sosial-iqtisadi inkişafa əngəl törədən amillər aradan qaldırılır. Həmçinin yaxın zamanlarda Samux rayonunda yeni iş yerlərinin açılması da planlaşdırılır. Mövcud durumda sahibkarlara yaradılan şərait və sahibkarlığın inkişafı üçün güzəştli kreditlərin ayrılmasının önəmi vurğulanıb. Son günlər iqtisadi çətinliklər fonunda əhalinin sosial təminatının yaxşılaşdırılması üçün görülən tədbirlər yüksək qiymətləndirilib.

Valeh Ələsgərov –MM-in sədr müavini: "Son nəticədə məqsəd budur ki, regionumuzun ölkəmizin dayanıqlı inkişafını təmin edək. İqtisadi cəhətdən daha qüdrətli Azərbaycan görək. Və görüləsi işlərin görülməsi üçün yolları birgə axtaraq".

Vəfa Şairova