• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1175
— 29.01.2016 14:04

Gəncəbank-ın əmanətçilərinin nəzərinə!

Mərkəzi Bank tərəfindən lisenziyası ləğv edilən "Gəncəbank"ın əmanətçiləri fevralın 4-dən kompensasiya almaq üçün müraciət edə biləcəklər. Əmanətlərin Sığortalanması Fondundan bildirilib ki, 28 yanvar  “Gəncəbank” ASC-də sığorta hadisəsinin baş verdiyi gün hesab olunur. Qanunvericiliyə uyğun olaraq, 7 təqvim günü ərzində “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaları ödəmək üçün seçilmiş agent banklar və kompensasiyaların ödəniş tarixi və yeri haqqında əlavə məlumat veriləcək. Əmanətlərin Sığortalanması Fondu “Gəncəbank” ASC-də qorunan əmanəti olan əmanətçilərin əmanətlərinin 30 min manata qədər olan hissəsinin kompensasiya ediləcəyinə təminat verir, 30 min manatdan çox olan hissə isə ləğvedici tərəfindən qanunvericiliyə uyğun olaraq ödəniləcək.

Ruhəngiz Hacızadə