• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3372
— 08.10.2014 17:41

Almaniyanın Bundesliqa klublarından "Şalke"nin yeni məşqçisinin adı bəlli olub

Helzenkirhen təmsilçisini bundan sonra "Çelsi"nin sabiq məşqçisi Roberto Di Matteo çalışdıracaq. 44 yaşlı mütəxəssislə 2017-ci ilə qədər müqavilə bağlanıb. "Şalke" cari mövsümün ilk 7 turunda 2 qələbə, 2 heç-heçə və 3 məğlubiyyətlə turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb. Qeyd edək ki, Di Matteo 2012-ci ildə çalışdığı "zadəganlar"la İngiltərə və UEFA Çempionlar Liqası kubokunu qazanıb.