• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1288
— 28.01.2016 16:04

Macarıstan səfiri Gəncədə səfərdədir

Azərbaycan Dövlət Aqrar Universiteti ilə Macarıstanın bu sahədə tanınmış ali təhsil müəssisələri arasında əməkdaşlıq bu gün Gəncədə müzakirə olunub. Macarıstanın Azərbaycandakı səfiri İmre Laslotski ölkəsində aqrar sektorun inkişafından və ixtisaslı kadrların hazırlanmasından danışıb. Eləcə də, Macar hökumətinin qrantı hesabına bu il azərbaycanlı tələbələr üçün 200 yer ayrıldığına diqqət çəkib.

Gəncə şəhər İcra hakimiyyətinin başçısı Elmar Vəliyevlə səfirin görüşündə də Azərbaycan Dövlət Aqrar Universiteti ilə əməkdaşlıq barədə danışılıb. İmre Laslotski Azərbaycan prezidentinin Macarıstana səfəri zamanı hər iki ölkə universitetlərinin əməkdaşlığına önəm verildiyinə diqqət çəkib. Tanışlıq xarakteri daşıyan səfər zamanı Gəncənin Macarıstan şəhərlərindən biri ilə qardaşlaşması da müzakirə predmeti olub. Bu, hər iki ölkə arasındakı iqtisadi münasibətlərə də impuls vermiş olar.

İmre Laslotski- Macarıstanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri: “Biz iki ölkə arasındakı iqtisadi münasibətlərdən şikayətçi deyilik. Azərbaycanla Macarıstan arasındakı iqtisadi artım ölkələrin inkişaf tempinə uyğundur. Potensialdan istifadə edib, bunu daha da yaxşılaşdırmaq olar. Ümid edirəm ki, qarşılıqlı maraqlar əsasında bu sahədə münasibətləri daha yüksək səviyyəyə qaldıracağıq”.

Gülnar Fazilqızı