• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2247
— 08.10.2014 17:40

FİFA dünya çempionatlarında Avropa ölkələrindən bir komandanın sayını azaldacaq

Bu haqda ali futbol qurumunun İcraiyyə Komitəsinin üzvü Teo Svansiqer deyib.

O bildirib ki, “Köhnə qitə”nin bir millisinin əvəzinə, Afrika ölkələrinə daha bir yer ayrılacaq. Bu qərar isə 2018-ci ildə Rusiyada baş tutacaq mundial üçün keçərli olacaq. Svansiqerin sözlərinə görə, FİFA prezidenti Yozef Blatter də bu fikirlə razıdır.

Qeyd edək ki, Braziliyada keçirilən son dünya çempionatında Afrikanı 5 ölkə komandası təmsil edib. Mundiala Avropadan isə 13 komanda qatılıb.