• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2512
— 27.01.2016 22:45

Şəmkir və Binəqədi bələdiyyələri qarşılıqlı əməkdaşlıq edəcəklər

Şəmkir və Binəqədi bələdiyyələri arasında qarşılıqlı fəaliyyət proqramına dair niyyət protokolu imzalanıb. İmzalanma mərasimindən əvvəl Binəqədi rayonunda fəaliyyət göstərən istehsal müəssisələrinin sərgisi ilə tanışlıq olub. Daha sonra ikitərəfli görüşdə hər iki bələdiyyənin fəaliyyət planı haqqında məlumat verilib. Şəmkir Rayon Bələdiyyəsi 2015-ci ildə bir çox uğurlara imza atıb. Bələdiyyənin nəzdində “Abad Şəmkir”, “Morul Tikinti” və “Ceyrançöl” MMC-lər yaradılıb. Bunlar da yerli istehsalın artmasına və yeni iş yerlərinin açılmasına geniş zəmin yaradıb. “Abad Şəmkir” MMC içməli su və şirə istehsalını, “Ceyrançöl” MMC 4 min hektar sahədə müxtəlif növ kənd təsərrüfatı məhsullarının əkinini həyata keçirir. Gələcəkdə bələdiyyənin tərkibində daha bir neçə istehsal və emal müəssisənin yaradılması  planlaşdırılır. Binəqədi Rayon Bələdiyyəsinin nəzdində də məişət tullantılarının yığılması ilə məşğul olan MMC yaradılıb. Niyyət protokoluna əsasən tərəflər bir çox sahələr üzrə əməkdaşlıq edəcəklər, xüsusilə də kənd təsərrüfatı və emal müəssisələri məhsullarının Binəqədi rayonu ərazisində satışını həyata keçirəcəklər. Dostluq münasibətləri çərçivəsində mədəni kütləvi tədbirlərin keçirilməsi də nəzərdə tutulub.

Natiq Hüseyn