Bu gün saat 20 radələrində Bakı-Qazax avtomagistralı ilə hərəkətdə olan yük avtomobil qəzaya uğrayıb. Türkiyə vətəndaşı Mustafa Semzkadimoğlunun TIR tipli yük avtomobilinin sükanı arxasında ürəyi dayanıb, nəticədə maşın yoldan çıxaraq torpaq təpəyə çırpılıb. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
- Baxış: 637