• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4644
— 08.10.2014 17:37

“Azərreyl” yeni mövsümə hazırlıqları Türkiyədə davam etdirəcək.

Ölkəmizi “Çelenc Cup”da təmsil edəcək “dəmiryolçular” artıq təlim-məşq toplanışı üçün Bursaya yollanıb.

Vüqar Əliyevin rəhbərlik edəcəyi komanda bu ölkədə hazırlıq zamanı beynəlxalq turnirə də qatılacaq. “Azərreyl” Çingiz Göllünün şərəfinə təşkil olunacaq yarışda qüvvəsini sınayacaq. Turnirdə Bakı təmsilçisi ilə yanaşı, ev sahibi “Bursa BB”, Bolqarıstanın “Maritsa” və Serbiyanın “Vizura” klubları iştirak edəcək.

Oktyabrın 11-də start götürəcək birinciliyin artıq püşkü də atılıb. “Azərreyl” “Vizura” ilə, “Bursa BB” “Maritsa” ilə üz-üzə gələcək. Komandamızın görüşü Bakı vaxtı ilə saat 18-də başlayacaq. Cütlərin qalibi birbaşa finala yüksələcəyi halda, məğlublar üçüncülük uğrunda oynayacaqlar. Həlledici qarşılaşmalar oktyabrın 12-nə təsadüf edəcək.