Hadisə rayonun Sor-Sor kəndində baş verib. Kənd sakini 59 yaşlı Maqsud Maqsudov, kənd ərazisindəki göldə balıq tutarkən səhhəti qəfildən pisləşib. Qayığa yıxılması nəticəsində qayıq aşıb və o, suda batıb. Kənd sakinlərinin səyi nəticəsində mərhumun meyidi sudan çıxarılıb. Faktla bağlı Kürdəmir rayon prokurorluğunda araşdırma aparılır.
Vəfa Şairova
- Baxış: 326