• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3461
— 27.01.2016 16:31

Gəncədə yeni vaksinin tətbiqinə başlanacaq

Gəncədə yaxın zamanlarda 6 ayı tamam olan uşaqlara yeni vaksinin vurulmasına başlanacaq. Gəncə Şəhər Gigiyena və Epidemiologiya Mərkəzindən bildirilib ki, inaktivləşdirilmiş poliomielit əleyhinə 70 min vaksin artıq Azərbaycana gətirilib və nazirliyin İnnovasiya və Təchizat Mərkəzində saxlanılır. Bu vaksin 6 ayı tamam olan uşaqlara bir dozada inyeksiya vasitəsilə vurulacaq. Hazırda uşaqlar 2, 3 və 4 aylıqda damcı üsulu ilə poliomielitə qarşı peyvənd edilir. Yeni vaksin tətbiq edildikdən sonra da damcı üsulu ilə poliomielit vaksininin istifadəsi davam edəcək.

Almaz Tomiyeva - Gəncə Şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri: "Hələlik bölgü aparılmamışdır. Biz  də Gəncə şəhərində öz tədbirlərimizi keçirmişik. Bununla əlaqədar peyvənd otaqlarında, vaksinin vurulması ilə məşğul olan peyvənd qızlarımıza təlimlər keçirilmişdir, İnyeksiyanın aparılması tədbirləri onlara başa salınmışdır. Uşaqların sayı isə hesablanıb, hazırlanmışdır".

Ruhəngiz Hacızadə