• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1634
— 27.01.2016 16:30

Gəncə və ətraf rayonlardan olan 800-ə yaxın əlil vətəndaş protez-ortopedik məmulatlarla təmin olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzinin Gəncə filialı tərəfindən ötən il ərzində Gəncə və ətraf rayonlardan olan 800-ə yaxın əlil vətəndaş müxtəlif adda 2600 ədəd reabilitasiya vasitəsi və protez-ortopedik məmulatlarla təmin olunub. Bundan başqa, mərkəzin emalatxanasında müxtəlif adda 70 ədəd protez-ortopedik məmulatlar təmir edilərək təkrar istifadəyə verilib. Ötən il, həmçinin mərkəzin səyyar briqadası ətraf rayonlarda əlil vətəndaşlara xidmət göstərib. Səyyar tibbi-texniki bərpa briqadası xidmət çərçivəsində reabilitasiya vasitəsi və protez-ortopedik məmulatlar üçün müraciət edən əlil vətəndaşlara öz mənzillərində 350-yə yaxın reabilitasiya vasitəsi verib.

Nəriman Qurbanov -Protez-Ortopedik Bərpa Mərkəzinin Gəncə filialının əməkdaşı: “Bizə müraciət edən bütün əlilləri reablitasiya vasitələri ilə təmin edirik. Bizdə olmayan bəzi reablitasiya vasitələrini isə məsələn, ortopedik ayaqqabıları və bəzi ortezləri Bakıda yerləşən mərkəzdə hazırladıb və burada bizə müraciət edən əlillərə təqdim edirik. Bunun üçün regionda yaşayan əlillərin Bakıya getmələrinə ehtiyac olmur”.  

Ruhəngiz Hacızadə