• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1626
— 27.01.2016 16:29

Şəmkir Heydər Əliyev Mərkəzində yeni saziş imzalanıb

Şəmkir Heydər Əliyev Mərkəzi ilə "Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri" İctimai Birliyinin rayon təşkilatı arasında saziş imzalanıb. Sənədə əsasən, il ərzində hərbi-vətənpərvərlik mövzusunda bir neçə layihənin reallaşdırılması nəzərdə tutulub.

"Vətən mənə oğul desə" adlanan ilk layihənin əsas məqsədi yeniyetmə və gənclərdə vətənpərvərlik hisslərinin aşılanması, onların əsl Azərbaycan vətəndaşı kimi formalaşmasında müəyyən rol oynamaqdır. Layihə eyni zamanda yeniyetmə və məktəblilərin fərdi inkişafı, onların intellekt səviyyəsinin artırılması üçün nəzərdə tutulub.

Sona Əliyeva- Şəmkir Heydər Əliyev Mərkəzinin direktoru: “Təbii ki, bu kimi tədbirlər Şəmkirdə vətəndaş cəmiyyətinə yüksək mədəniyyətə intellektual səviyyəyə uyğun gənclər yetişdirməyə xidmət edir. Ümumilikdə Heydər Əliyev mərkəzinin gələcəkdə bir sıra mədəni- sosial layihələr reallaşdıracaq. Azərbaycan Respublikası Prezidenti Yanında Fondu Ailə Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsi gənc həkimlər və gənc müəllimlər birlikləri ilə danışıqlar aparılıb. Multikulturalizm və digər mövzularda layihələr keçiriləcək”.

Sazişə əsasən qarşılıqlı maraq doğuran sənəd və məlumatların  müntəzəm şəkildə mübadiləsi təşkil ediləcək, birgə konfranslar və maarifləndirici tədbirlər keçiriləcək.

Natiq Hüseyn