• KepezTV
Bu günə xəbərlərin oxunma sayı: 1021
— 08.10.2014 16:50

Samux ərazi kənd təsərrüfatı idarəsinin əhatə etdiyi ərazilərdə 32 min 612 hektar sahədə payızlıq şum işləri aparılıb

Bu günə kimi Samux ərazi kənd təsərrüfatı idarəsinin əhatə etdiyi ərazilərdə 32 min 612 hektar sahədə payızlıq şum işləri aparılıb. Bu barədə məlumatı  televiziyamıza Samux Ərazi Kənd Təsərrüfatı İdarəsinin baş məsləhətçisi Vüsal Mirzəyev verib. Onun sözlərinə görə, Yevlaxda 16 min hektarda, Goranboyda 5 min 570ha, Samuxda 3min 642 ha, Göygöldə 6 min 350ha, Daşkəsəndə isə 550 hektarda şum işləri həyata keçirilib. Şumlama əməliyyatları ilə yanaşı 3 min 609 hektar sahədə arpa, 726 hektar ərazidə isə buğda əkilib.