• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3299
— 27.01.2016 16:28

Sınıq Körpüdə nəzarət tədbirləri gücləndirilib

Qonşu ölkələrdə “donuz qripi” həyacanının yaşanması səbəbilə Qazaxdakı "Sınıq Körpü" gömrük sərhəd buraxılış məntəqəsinin əməkdaşları nəzarəti daha da gücləndirib. Yüksək hərarət, halsızlıq və digər narahatlığı olan insanları müəyyən etmək üçün buraxılış məntəqəsi lazımi avadanlıqlarla təhciz edilib.

"Sınıq Körpü" gömrük sərhəd buraxılış məntəqəsində termovizor kamera quraşdırılıb. Təlim keçən həkim briqadası aparatın göstəricilərini izləyir. Bundan başqa ərazi mütamadi dezinfeksiya edilir.

Buraxlış məntəqəsindən əsasən Gürcüstan və Türkiyədən ölkəmizə gələnlər keçir ki, bu da məsuliyyəti birə-beş artırır.

"Sınıq Körpü" gömrük sərhəd buraxılış məntəqəsində gücləndirilmiş nəzarət sistemi bundan sonra da davam etdiriləcək.

Rahim İbrahimoğlu