• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 761
— 26.01.2016 22:43

Dayanacaqda avtobus gözləyən Gəncə sakini ürəktutmasından dünyasını dəyişib

Bu gün axşam saatlarında işdən çıxan Gəncə şəhər sakini 54 yaşlı Malik Verdiyev Heydər Əliyev prospektindəki dayanacaqda avtobus gözləyərkən qəfildən dünyasını dəyişib. Hadisə şahidlərinin sözlərinə görə, o, anidən yerə yıxılıb, müdaxilələrə baxmayaraq dünyasını dəyişib. Təcili tibbi yardım əməkdaşları, polis və prokurorluq əməkdaşları hadisə yerinə gəliblər. Meyit Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə aparılıb. İlkin ehtimala görə, şəxs ürəktutmasından vəfat edib.

Elnur Vahidoğlu