• KƏPƏZ TV
    canlı yayım

Kəpəzdən Kəndə

“Kəpəzdən kəndə” telelayihəsi əyləncəli janrda olub, insanlarda yüksək əhval-ruhiyyə yaratmaq məqsədi daşıyır. Verilişdə Kəpəz televiziyasının əməkdaşları müxtəlif bölgələrə göndərilərək onların kənd şəraitində keçirdikləri bir gün işıqlandırılır. Telekanalın aparıcıları və müxbirləri kənd həyatını yaşayaraq orada müxtəlif təsərrüfat, əkin , mal-qara və s. işlərlə məşğul olurlar.

Verilişin xronometrajı 30 dəqiqədir. Hər həftənin şənbə günü saat 19.45-də Kəpəz TV-də izləyə bilərsiniz.