• KƏPƏZ TV
    canlı yayım

"İKİ ÜZ”

“İki üz” layihəsi Kəpəz FM-in və Kəpəz Televiziyasının birgə ərsəyə gətirdiyi əyləncəli layihələrindəndir. Günün yorğunluğunu atmaq, əyləncəli vaxt keçirmək məqsədilə reallaşan proqram, insanlara sevdikləri, əzizləri, doğmaları üçün ürək sözlərini, təbriklərini çatdırmağa şərait yaradır. Belə ki, canlı efirdə Whatsapp nömrəsi vasitəsilə və www.kepezfm.az saytının DJ-lə əlaqə bölməsinə göndərilən mesajlar və musiqi nömrələri səsləndirilir. Verilişdə həmçinin gündəmin ən son, ən aktual yerli və xarici şou-biznes xəbərləri çatdırılır.

Proqram iki aparıcı- Qəmər Banu və Emin İsazadənin təqdimatında görüşə gəlir.

“İki üz” həftə içi 5 gün saat 14.35-dən 16.30-a qədər Kəpəz radiosu və Kəpəz televiziyasında canlı olaraq yayımlanır.