Duyğulu könüllər

“Duyğulu könüllər”in əsas məqsədi tamaşaçılara xoş ovqat bəxş etməkdir. Layihə çərçivəsində hər həftə mədəniyyət və incəsənət nümayəndələrinin yaradıcılıq yoluna nəzər salınacaq. Aşıqların, şairlərin, muğam ifaçılarının iştirakı ilə verilişdə əsl poetik ab-hava yaradılacaq.

“Duyğulu könüllər” hər şənbə saat 18:00-dan 20:00-a kimi hər kəsə xoş əhval-ruhiyyə bəxş edəcək.