Doğruya doğru

Layihə insanların istirahət gününü səmərəli, əyləncəli keçirmələri üçün nəzərdə tutulur. Eyni zamanda 2 saatlıq efir müddətində onların həyat tərzini asanlaşdıracaq məsləhətlər də veriləcək. Sağlamlığın sirləri (ginekoloji, pediatrik, psixoloji məsləhətlər), ev şəraitində öz əllərimizlə nələri düzəldə bilərik, kosmetoloji xidmətlər, ailə münasibətlərinin düzgün qurulmasından danışılacaq. Hər həftə yerli musiqi ansamblı dəvət olunacaq, şux, əhval-ruhiyyəni yüksəldən musiqilərə yer veriləcək.

“Doğruya doğru”nu yeni vaxtında- hər bazar saat 17:30 –da Kəpəz Televiziyasının efirində izləyə bilərsiniz.