Region Xəbər

ARB Kəpəz-in Xəbərlər Departamentinin Yevlaxdakı ARB Aran, Şəkidəki ARB Şəki, Lənkərandakı ARB Cənub, Xaçmazdakı ARB Şimal və ARB-nin Bakı ofisi ilə ortaq hazırladığı “Region Xəbər” informasiya proqramının 16:30 buraxılışı 1 saat ərzində efirdə olur. 1-6-cı günlər yayımlanan buraxılış sırf ölkənin bölgələrini və paytaxtda baş verənləri əhatə etməklə tamaşaçıları baş verən hadisələrdən xəbərdar edir. Sosial-iqtisadi, mədəni-idman və kriminal xəbərləri qeyd edilən televiziya kanallarının xəbərlər studiyalarına bağlanmaqla canlı izləmək imkanı var.