İşgüzar

"İşgüzar" - səhər informasiya proqramıdır və bu tip verilişlər üçün lazım olan bütün komponentlərə malikdir. Amma eyni zamanda öz unikallığı ilə seçilir. Tamaşaçı 2 saatlıq veriliş boyunca ən son, ən maraqlı və ən faydalı informasiya ilə təmin edilir. Həm də bu informasiya tam fərqli formada təqdim olunur. Əsas məqsəd informasiyanı tamaşaçıya çatdırmaqla yanaşı, onu darıxmağa qoymamaqdır. "İşgüzar" adından da göründüyü kimi əsasən işləyən, oxuyan, öz biznesi olan, bir sözlə, hərəkət edən, inkişafa çalışan fəal insanlar üçün nəzərdə tutulub. Veriliş boyu günün əsas siyasi, iqtisadi, sosial xəbərləri ilə yanaşı, işgüzar mühit, qanunvericilik, karyera, şəxsi inkişafla bağlı son dərəcə maraqlı və faydalı informasiyalar verilir. Əsas prinsiplərimizdən biri də tamaşaçı rəyi ilə hesablaşmaq, onların təklif və tənqidlərini nəzərə almaqdır. Buna görə də tamaşaçıların internet poçtumuza gələn məktubları, sosial şəbəkələrdəki səhifələrimizdə bölüşdükləri fikirləri diqqətlə analiz etməyi işimizin əhəmiyyətli bir hissəsi hesab edirik. “İşgüzar”ın yaradıcı heyəti olaraq müasir tamaşaçını təəccübləndirməyin nə qədər çətin olduğunu anlayır və bunun məsuliyyətini dərk edirik. Ona görə də demirik: "Bizə inanın, biz hamıdan yaxşıyıq". Deyirik: "Bizi sınayın. Onda görəcəksiniz ki, biz hamıdan yaxşıyıq".

Azərbaycanın dünyada tanınmasında müstəsna rol oynayan Əsrin müqaviləsi. Ölkə iqtisadiyyatında köklü dəyişikliklərə səbəb olan bu müqavilə neft...
Sen
20
2016
10:40

Pages