İdman Xətti

Kəpəz idman xəbər xidmətinin həftəlik verilişi olan "İdman Xətti" ölkə və dünya futbolu, planetin ən nüfuzlu yarışları, Azərbaycan, eləcə də region və Gəncə idmanı haqda xəbərləri özündə əks etdirir. Xəbər xidməti verilişin əvvəlində tamaşaçıların daha çox üstünlük verdiyi futbol xəbərlərinə yer ayırır. Bu zamanı əhatə edən 15 dəqiqə müddətinə Azərbaycan premyerliqasıyla start verilir. İzləyicilər premyerliqanın hesabat turuna həsr olunmuş bölümdə qeydə alınan nəticələr, turnir cədvəli, bombardirlərin yarışı və qarşıdakı turun afişasıyla tanış olmaq imkanı əldə edirlər. Ardından Avropa qitəsinin ən aparıcı futbol çempionatlarından hazırlanan süjetlər yayımlanır. Böyük 5-lik ölkələrindən başqa azərbaycanlı fanatların xüsusi diqqətdə saxladığı Türkiyə və Rusiya birincilikləri də işıqlandırılır. Çempionatlara həsr olunan xəbərlərdən sonra qitənin ən nüfuzlu klub turnirlərinə və komandalardan xəbərlərə yer ayrılır.

İdman xəttinin digər bölümü Azərbaycan idmanında yaşananlara həsr olunur. Bura ölkə çempionatları və birincilikləri, müxtəlif səviyyəli turnirlər daxildir. Verilişdə dünya idmanı haqda süjetlər canlandırılır. "İdman Xətti"nin son bölümündə isə Gəncə, həmçinin Kəpəz televiziyasının əhatə dairəsinə daxil olan bölgələrdə keçirilən idman yarışlarına üstünlük verilir.

Efir müddəti - 30 dəqiqə.
Efir vaxtı – hər həftənin bazar ertəsi saat 22:30.